Azərbaycan yığmasının yarımmüdafiəçisi Emin Mahmudov gələcək karyerasını harada davam etdirəcəyini müəyyənləşdirib.

Rekord.az xəbər verir ki, o, daha 2 il ağ-qara formanı geyinəcək.

2017-ci ildən paytaxt təmsilçisininin şərəfini qoruyan orta sahə oyunçusu yeni müqavilə şərtlərində klub rəhbərliyi ilə ortaq məxrəcə gəlib.

Bir sıra başqa təklifləri də olan Eminin maliyyə öhdəlikləri bir qədər də yaxşılaşdırılıb. Başqa sözlə, kapitan daha yüksək maaşla «Neftçi»nin uğurları üçün tər tökməyə razılaşıb. (sportinfo.az)