Füzuli Məmmədovla yola getməyən və "Neftçi"dən ayrılmaq haqda düşünən Emin Mahmudov fikrini dəyişib.

 

Rekord.az xəbər verir ki, buna səbəb yeni baş məşqçi Samir Abasovun Mahmudova inanması və onu yenidən əsas heyətə qaytarmasıdır.

 

Əldə etdiyimiz məlumata görə, Eminlə yeni müqavilənin bağlanmasını da məhz Abasov istəyib.