«Neftçi» yeni mövsümün transfer çalışmalarına başlayıb.

Rekord.az xəbər verir ki, rəhbərlik ilk növbədə düşərgədə olan yerli futbolçuların məsələsini nəzərdən keçirir.

Onların bir çoxuyla danışıqlara artıq start verilib. Maraqlıdır ki, Emin Mahmudova yeni kontrakt təklif olunmayıb. 2017-ci ildən ağ-qara formanı geyinən kapitanın mövsümün sonunda sərbəst qalacağı gözlənilir.

"Saturn"un yetirməsi olan 28 yaşlı futbolçu karyerası ərzində "Spartak", "Tom", "Krlya Sovetov", "Mordoviya" və "Bovişta" kimi klublarda çıxış edib. (sportinfo.az)