Son günlər "Neftçi"nin kapitanı Emin Mahmudovun mövsümün sonunda komandadan gedəcəyi ilə bağlı məlumatlar yayılıb.

Rekord.az xəbər verir ki, futbolçunun "Qəbələ" ilə oyunda ehtiyatda qalmasını da buna bağlayırlar.

Deyilənə görə, baş məşqçi Bojoviç də Eminin oyunundan o qədər razı deyil. Məsələni araşdırdıq və əldə etdiyimiz məlumata görə, həqiqətən də monteneqrolu məşqçi Eminin hazırkı durumundan o qədər də razı deyil. Lakin futbolçunun komandadan göndərilməsi də müzakirə mövzusu deyil, Sadəcə, ola bilsin ki, qarşıdakı turlara baş məşqçi kapitanı yenə ehtiyatda saxlasın. Əgər Mahmudov özü "Neftçi"dəki durumundan narazı qalıb getmək istəsə, bu, başqa məsələ. Lakin onu da öyrəndik ki, klubla hələ 1+1 formatında nmüqaviləsi olan Emin özü də ən azı daha bir mövsüm "Neftçi"də qalmaq istəyir.