Emin Mahmudov "Neftçi"nin baş məşqçisi Bojoviçlə yola getmir.

Rekord.az xəbər verir ki, sözügedən məşqçi Emini oynatmaqda maraqlı deyil.

Əgər "Neftçi" rəhbərliyi bu məşqçi ilə mövsümün sonunda yeni müqavilə imzalasa, çətin ki, Mahmudov "Neftçi"də qala. Bizə sızan məlumata görə, futbolçunun xidmətində "Sabah" maraqlıdır. Masazır təmsilçisi Emini "Qarabağ"a keçən Aleksey İsayevə əvəzləyici kimi transfer etmək istəyir.