Bildiyiniz kimi, bir ara “Neftçi”dən ayrılmağa hazırlaşan Emin Mahmudov Samir Abasovun  gəlişindən sonra qalmağa qərar verib.

Rekord.az xəbər verir ki, burada futbolçu ilə baş məşqçi arasındakı söhbət də həlledici olub.

Belə ki, Eminə inandığını bildirən Abasov həm kapitanlıq, həm də daimi əsas heyətdə oynamaqla bağlı Mahmudova zəmanət verib. Bundan sonra futbolçu “Neftçi”də qalmağa qərar verib.