"Neftçi"nin kapitanı olan Emin Mahudovun "Sumqayıt"la oyunda ehtiyatda qalması müxtəlif söhbətlərə yol açdı.

Rekord.az xəbər verir ki, kapitanla baş məşqçi arasında son zamanlar soyuqluq olduğu deyilir.

Belə ki, Mahmudov Məmmədovun son turlarda seçdiyi oyun taktikasından narazıdır. Bu isə baş məşqçinin xoşuna gəlmir. Nəticədə tərəflər arasında soyuqluq yaranıb. Mahmudovun ehtiyatda qalması da bununla bağlıdır.