Emin Mahmudovun qolu 9-cu turun ən yaxşı qolu seçildi
- 22 Noy 2023 00:33
- 275
Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Emin Mahmudovun İsveç yığmasına vurduğu AÇ-2024-ün seçmə mərhələsinin 9-cu turunun ən yaxşı qolu seçilib.
Rekord.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, “Neftçi”nin futbolçusu təqribən 45 metrdən qapıya dəqiq zərbə endirərək qapıçı Robin Olseni məyus etmişdi. Matç Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə başa çatmışdı.