Əminağa Quliyev Mərakeşdə bürünc medal qazandı
- 16 May 2022 19:30
- 614
Əminağa Quliyev (-60 kq) Mərakeş Krallığının paytaxtı Rabatda Karate1 Premyer Liqa turnirinin bürünc medalını qazanıb.
Rekord.az xəbər verir ki, həlledici görüşdə onun rəqibi digər idmançımız Sultan Hüseynov olub.
Daha bir katrateçimiz İrina Zaretska (-68 kq) Olimpiya çempionu Feryal Abdelezizlə bürünc medal uğrunda mübarizə aparıb. Rəqiblər xal qazana bilməsə də, hakimlər üstünlüyü misirili idmançıya veriblər.
Rabatdakı Karate1 Premyer Liqa turnirinin 3-cü mərhələsində 48 ölkədən 238 idmançı iştirak edib. Nüfuzlu yarışın növbəti mərhələsi 2-4 sentyabrda Bakıda keçiriləcək.