“Əminəm ki, Emreli ən azı yarım saat oynaya biləcək” - Kloze
- 2024-09-18 16:22
- 103
“Əminəm ki, Mahir Emreli ən azı yarım saat oynaya biləcək”.
Rekord.az xəbər verir ki, bunu “Nürnberq”in baş məşqçisi Miroslav Kloze deyib.
"Mahirin əvvəldən oynayıb-oynamayacağını hələlik bilmirəm. Bu, onun üçün erkən ola bilər", - deyə mütəxəssis bildirib.
Azərbaycanlı hücumçu "Ulm" komandasına səfərdə 2:1 hesabı ilə qalib gəldikləri 2-ci Bundesliqanın 5-ci turunun matçında iştirak ərizəsində yer alıb. "Nürnberq” sentyabrın 21-də "Herta"nı qəbul edəcək.