AFFA Əmir Ağayevi Azərbaycan millisinə gətirməkdə israrlıdır.  Baxmayaraq ki, futbolçu özü nə Azərbaycana qayıtmaq istəyir, nə də Azərbaycan millisində oynamaq istəyir.

Rekord.az-a daxil olan məlumata görə, Ağayev artıq federasiyanın israrından cana doyub və onu bu məsələyə görə narahat etməmələrini istəyib.

Maraq üçün qeyd edək ki, futbolçu özü də bu yaxınlarda verdiyi müsahibəsində ailəsinin, xüsusilə də kiçik qızının Bakıda yaşamaq istəmədiyini bildirmişdi.