Əmir Ağayev də millimizin toplanışına qatılmayacaq
- 28 Avq 2020 14:49
- 629
AFFA-nın hazırda Yunanıstanın “Atromitos” klubunda çıxış edən futbolçu Əmir Ağayevin Azərbaycan milli komandasında çıxış edə bilməsi üçün müvafiq qaydada FİFA-ya müraciət ünvanladığını xəbər vermişdik.
Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, hazırda məsələyə FİFA-nın müvafiq komissiyasında baxılır və federasiya ilə FİFA arasında zəruri sənədlərin dövriyyəsi davam edir.
Azərbaycan milli komandasının UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 5-də və 8-də keçirəcəyi oyunlara hazırlıq məqsədiylə təlim-məşq toplanışına artıq avqustun 27-dən etibarən start verilməsi və yuxarıda qeyd olunan məsələ ilə bağlı FIFA tərəfindən hələ ki, yekun qərarın qəbul olunmaması nəzərə alınaraq, Əmir Ağayev millimizin hazırda davam edən təlim-məşq toplanışında iştirak etməyəcək.
Daha əvvəl Dmitri Nazarov və Eddi İsrafilovun koronavirus səbəbiylə millinin toplanışında və UEFA Millətlər Liqasının oyunlarında iştirak edə bilməyəcəkləri açıqlanmışdı.