Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Əmircanov karyerasını bərpa edib.

Rekord.az xəbər verir ki, 39 yaşlı oyunçu "Cəbrayıl"a transfer olunub. Bu barədə 2-ci liqa təmsilçisinin  mətbuat xidməti məlumat yayıb.

Ruslan karyerası ərzində  “Ümid”, “Ədliyyə”, “Karvan”, “Standard”, “Neftçi”, “İnter”, “Qəbələ”, AZAL və “Səbail” klublarında çıxış edib.