Ötən tur Azərbaycan çempionatında 422-ci oyununa çıxaraq mütləq rekorda imza atan Rahid Əmirquliyev mükafatlandırılıb.

Rekord.az xəbər verir ki, Premyer Liqanın 6-cı turunun “Səbail” - “Neftçi” görüşündən öncə keçirilən mükafatlandırma mərasimində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, “Səbail” PFK-nin Müşahidə Şurasının sədri Əbdülqəni Nurməmmədov və klubun icraçı-direktoru Fərəc Əliyev iştirak edib.

Futbolçuya Peşəkar Futbol Liqasının xatirə hədiyyəsini təqdim edən PFL prezidenti ona gələcək karyerasında uğurlar arzulayıb.

Rahid Azərbaycan çempionatlarında 2003/04 mövsümündə debüt edib.