Əmrah Çəlikəl Diakabinin kənarda qalmasının səbəbini açıqladı
- 12 Sen 2023 11:00
- 674
Məlum olduğu kimi, "Qarabağ"ın Avropa Liqası üçün sifariş etdiyi heyətə Diakabinin adı daxil edilməyib. Burdan isə belə qənaətə gəlinir ki, futbolçu yaxın zamanlarda klubu tərk edəcək.
Lakin Rekord.az-a açıqlama verən Ağdam klubunun icraçı direktoru Əmrah Çəlikəl məsələyə aydınlıq gətirib.
O, Diakabinin kənarda qalmasının əsl səbəbini açıqlayıb: "Diakabinin adının siyahıdan kənar qalması yer məhdudiyyəti ilə bağlıdır. Yəni siyahıda yer olmayıb. Yoxsa bunun ona gələn hansısa təkliflə əlaqəsi yoxdur. Təklif olarsa, satarıqmı, bu, artıq baş məşqçi ilə futbolçunun istəyinə bağlı bir şeydi".