“Fənərbaxça” klubunun futbolçusu Əmrə Belözoğlu karyerasını bitirib.

Rekord.az xəbər verir ki, bu barədə 40 yaşlı yarımmüdafiəçi özü sosial şəbəkə hesabında məlumat yayıb.

Əmrə, vida məktubu yazaraq futbolçu karyerasını sonlandırıb. Karyerası ərzində “Qalatasaray”, “İnter”, “Nyukasl”, “Atletiko”, “Başakşəhər” kimi klublarda çıxış edən Əmrə, 2019-cu ilin yayından “Fənərbaxça”da idi.

Yarımmüdafiəçi Türkiyə yığmasında 101 oyun keçirib, 9 qolla yadda qalıb.