Türkiyənin “Ankaragücü” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Rekord.az xəbər verir ki, paytaxt təmsilçisinin “sükanı arxasına” “Fənərbaxça”nın keçmiş futbolçusu Emre Belözoğlu keçib.

43 yaşlı mütəxəssis bu postda Tolunay Kafkası əvəzləyib. Onunla 2 illik müqavilə imzalanıb.

Emre Belözoğlunun son iş yeri Türkiyənin “Başakşəhər” klubu olub. O, bu klubdan bir müddət öncə ayrılmışdı.