
Emreli Almaniyada növbəti oyuna çıxdı
- 30 Mar 2025 19:42
- 87
Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli Almaniya 2-ci bundesliqasında bu gün keçirilən “Yan Regensburq” - “Nürnberq” matçının iştirakçısı olub.
Rekord.az xəbər verir ki, 28 yaşlı futbolçu 78-ci dəqiqədə meydana buraxılıb.
Onun komandası isə 11-ci dəqiqədə Antistin qolu ilə hesabda önə keçsə də, sonradan 2 qol buraxaraq uduzub - 1:2.
27 oyundan 41 xalı olan “Nürnberq” hazırda 8-ci yeri tutur.