"Bir neçə il əvvəl Çexiya ilə "Uembli" stadionunda qarşılaşmışdıq.  O vaxtdan bəri komanda böyük irəliləyiş əldə edib. Onlar indi  güclü komandadırlar ... Topu yaxşı tutur, təzyiq göstərirlər".

Rekord.az xəbər verir ki, bu sözləri İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Avro-2020-nin qrup mərhələsinin sonuncu turunda Çexiya ilə oyun öncəsi UEFA-nın saytına açıqlamasında deyib.

"Avro-2020"nin püşkatmasından  sonra ətrafdakılar xorvatlar və şotlandlarla matçlar barədə danışmağa başladılar. Ən çətin oyunumuzun Çexiya ilə olacağını bilirdik və hiss edirdik. Bunu turnirdə indiyə qədər gördüyümüz hər şey  sübut edir" - deyə o bildirib.

Q.Sautqeyt rəqibin təhlükəli oyunçulara sahib olduğunu söyləyib: "Onların müdafiə xəttini qırmaq  bizim üçün yeni taktiki vəzifə olacaqdır. Eyni şey təkbətək qarşıdurmalara da aiddir. Bizə uğur qazanmaq lazımdır".

Xatırladaq ki, bugün keçiriləcək Çexiya - İngiltərə oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.