Ən yaxşı yarımmüdafiəçi seçildi - “Çelsi”nin futbolçusu
- 26 Avq 2021 21:10
- 489
Futbol üzrə UEFA Çempionlar Liqasında 2020/21 mövsümünün ən yaxşı yarımmüdafiəçisi açıqlanıb.
Rekord.az xəbər verir ki, kişi oyunçular arasında bu ada İngiltərənin "Çelsi" klubundan Nqolo Kante layiq görülüb.
O, səsvermədə 263 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb. Onun ən yaxın izləyicisi Kevin de Bruyne (“Mançester Siti”) 197 xalla ikinci olub.
Qadınlardan isə sözügedən mükafata İspaniya "Barselona"sından Aleksie Putellas sahib çıxıb.