
“Ən zəif oyunlarımızdan biri oldu” - Azər Bağırov
- 19:45
- 42
“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının 26-cı turunda “Sumqayıt”ın qonağı olub.
Rekord.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən matçdan sonra bölgə təmsilçisinin baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirlilb. Bağırov 0:3 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib.
“Ən zəif oyunlarımızdan biri oldu. Qol vura bilməyəndə pis duruma düşürük. Bir neçə epizodumuz oldu, yararlana bilmədik. Komandanın daxilində problemlər var, onları tapmalıyıq.
İki fərqli hissə oynadıq. Birinci hissədə epizodlarımız oldu, fərqlənə bilmədik. Belə olan halda oyunçularda ruh düşkünlüyü yaranır. İkinci hissədə müəyyən tapşırıqlarım olmuşdu, onları icra edə bilmədilər. Heç, heç, heç bəyənmədim ikinci hissəni.
“Sumqayıt”ın heyətində milli komandamızda çıxəş edən oyunçular var.
Son 6-7 həftədir bu epizodlar üzərində işləyirik. Qol vurmaq… Qapıya zərbə vuran oyunçu heç başını qaldırıb qapıya belə, baxmamalıdır. Elə epizodlar olur ki, qol vura bilmirik, amma adi vəziyyətlərdən qapımızda qollar görürük.
Bu gün uduzmuşuqsa, deməli, məğlub olmuşuq. Vaqif Cavadovla şəxsi duel barəsində düşünmürəm. Futboldur. Qarşıda maraqlı oyunlarımız olacaq”.