Enrike kruyoz hadisə ilə üzləşdi
- 02 Apr 2021 13:20
- 548
İspaniya millisinin baş məşqçisi Luis Enrike DÇ-2022-nin seçmə mərhələsində dünən keçirilən Kosovo ilə görüşün açılış dəqiqələrində stadionda olmayıb.
Rekord.az ESPN-ə istinadən xəbər verir ki, buna 50 yaşlı mütəxəssis və köməkçilərinin oyundan əvvəl liftdə qalması səbəb olub. Onların liftdən çıxarılması üçün təxminin 1 saat vaxt sərf edilib.
O zamana qədər isə İspaniya millisini daşıyan avtobus artıq stadiona yola düşüb.
Qeyd edək ki, sözügedən qarşılaşmada İspaniya Kosovoya 3:1 hesabı ilə qalib gəlib.