Eratın komandası baş məşqçisiz qaldı
- 08 Okt 2019 21:00
- 754
Türkiyənin “Fatih Karagümrük” klubu baş məşqçisi Cüneyt Dumlupınarla yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə TFF 1-ci liqa klubunun rəsmi saytı məlumat yayıb.
Klub rəhbərliyi onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Ayrılığın səbəbi açıqlanmır. Amma klubun yaydığı məlumata görə, Dumlupınar kluba başqa formada yardım etməyə davam edəcək.
“Fatih Karagümrük” TFF 1-ci liqanın geridə qalan 7 turunda 12 xal toplayıb və 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, sözügedən komandada Azərbaycan yığmasının sabiq üzvü Toğrul Erat da çıxış edir.