Eriko da Silva “Səbail”in tarixinə düşdü
- 02 Mar 2020 15:41
- 736
“Səbail” Azərbaycan Premyer Liqasında yubiley – 75-ci oyununu keçirib.
Rekord.az xəbər verir ki, bu, 19-cu turun “Neftçi” ilə səfər matçına təsadüf edib.
Hesabında 23 qələbə və 37 məğlubiyyət olan paytaxt təmsilçisi yubiley – 15-ci heç-heçəsinə imza atıb – 1:1.
75-ci qarşılaşma ilklə də əlamətdar olub. Eriko da Silva klubun tarixinə Premyer Liqa oyununda avtoqol müəllifi olan ilk futbolçu kimi düşüb.
Premyer Liqada 3-cü mövsümünü keçirən komanda avtoqola üzülən 43-cü klub kimi tarixə düşüb.