"İnter"in futbolçusu Kristian Eriksen bu gün klubun bazasını ziyarət edib.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi, klub rəhbərliyi, məşqçilər heyəti, komanda yoldaşları ilə görüşüb.

Qeyd edək ki, Avro-2020-nin qrup mərhələsində iyunun 12-də keçirilən Danimarka – Finlandiya görüşünün ilk hissəsində huşunu itirən Erikseni 15 dəqiqəlik tibbi müdaxilədən sonra həyata qaytarmaq mümkün olmuşdu.