"Molde"nin yarımmüdafiəçisi Kristian Eriksen Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la ötən gecə keçirilən görüş haqda fikirlərini bildirib.

Rekord.az "Viaplay"a istinadən xəbər verir ki, oyunda dubl edən norveçli futbolçu hesabı qoruya bilmədiklərinə görə çox məyus olduqlarını deyib:

“Mən məhv olmuşam. Bu, həqiqətən üzücüdür. İndi mən çox əsəbiyəm. Çünki öz səhvimizdir. Çox kədərli vəziyyətdir”.

Xatırladaq ki, "Qarabağ" 2:2 hesabı ilə başa çatan matçda bərabərlik qolunu 90+5-ci dəqiqədə vurub.