Eriksendən yeni xəbər
- 30 İyl 2021 15:13
- 519
"İnter"in futbolçusu Kristian Eriksen gələn həftə tibbi müayinədən keçəcək.
Rekord.az "Sky Sports"a istinadən xəbər verir ki, bundan sonra həkimlər danimarkalı yarımmüdafiəçinin oynayıb-oynamayacağına qərar verəcək.
Bildirilib ki, müayinə yaxşı keçərsə və heç bir əks göstəriş olmazsa, Eriksen 6 aya qədər yaşıl meydanlardan uzaq qalacaq.Bundan sonra onun oynamasına icazə veriləcək.
Xatırladaq ki, Avro-2020-nin qrup mərhələsində iyunun 12-də keçirilən Danimarka – Finlandiya görüşünün ilk hissəsində huşunu itirən Erikseni 15 dəqiqəlik tibbi müdaxilədən sonra həyata qaytarmaq mümkün olmuşdu.