Erməni futbolçuya ağır cəza
- 28 Okt 2021 15:15
- 455
Qazaxıstan Futbol Federasiyası "Astana" klubunun baş məşqçisi Andrey Tixonovu cəzalandırıb.
Rekord.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, rusiyalı mütəxəssis Qazaxıstan Premyer Liqasının "Kayrat"a 0:1 hesabı ilə uduzduqları oyununda rəqib komandaya hörmətsizlik etdiyi üçün 2 il müddətinə diskvalifikasiya edilib
51 yaşlı çalışdırıcı “Kayrat”la oyunun ilk hissənin sonlarında futbolçularını meydandan çıxarıb. Nəticədə görüşdə məcburi fasilə yaranıb. Cəzaya əsasən Tixonov 2 il yerli federasiyanın bayrağı altında keçirilən yarışlarda iştirak edə bilməz.
"Astana"nın erməni futbolçusu Tiqran Barseqyan isə azarkeşlərə qarşı təhqiredici jest və nalayiq davranışa görə 1 aylıq cəzalanıb. Hər iki şəxsin cəza müddəti oktyabrın 25-dən hesablanır.
Xatırladaq ki, "Kayrat" "Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsində rəqibidir