Erməni hakim-inspektor azərbaycanlı referilərə qiymət verəcək
- 31 Avq 2020 20:41
- 646
Azərbaycanlı hakim Rəhim Həsənov UEFA-dan yeni təyinat alıb.
Rekord.az xəbər verir ki, Həsənov 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsindəki Qazaxıstan - Monteneqro matçında baş hakim olacaq.
FİFA referisinə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək, dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Hakim-inspektor isə ermənistanlı Gevorq Hovhannisyan olacaq.
Qarşılaşma sentyabrın 3-də gerçəkləşəcək.
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev isə Şimali Makedoniya və İspaniyanın U-21 komandalarının matçında iş başında olacaq. Həmin oyun da eyni gündə keçiriləcək.