Erməni ilə eyni qabdan çörək yeyən naxələf azərbaycanlı
- 05 Mar 2020 11:00
- 945
Yaxınlarda Rusiya mediasına nəzər salarkən bir xəbər diqqətimi cəlb etdi.
Belə ki, bir neçə gün əvvəl Las-Veqasda keçirilən döyüş gecəsində Rusiyanı təmsil edən erməni boksçu Petros Ananyan Subriel Matiası məğlub edib.
Bəzilərinə sıradan olay kimi görünə bilər, amma iş ondadı ki, qalibin məşqçisi azərbaycanlı Vəli Məmmədovdu!
Vəlinin kimliyini araşdırarkən maraqlı məqamlar üzə çıxdı. Belə ki, Məmmədov Rusiyada yaşayır, məşqçi-promouterdi. Hələ 2016-cı ildə Riqada “FLASH PROMOTION” adlı şirkət yaradan soydaşımız ermənini çalışdırması azmış kimi, həyasızcasına həmin millətdən olan boksçularla azərbaycanlıların daim eyni rinqi bölüşməsinə də cəhd edir.
Məsələn, elə 2016-nın mayında Riqada keçirilən turnirdə yuxarıda adını çəkdiyimiz Ananyan Latviyada yaşayan azərbaycanlı Zaur Sadıqov, Olimpiada-2012-də Azərbaycan boks yığmasının şərəfini qorumuş Soltan Migitinov isə Lendruş Akopyan ilə üz-üzə gəlmişdi.
Hətta həmin vaxt belə bir açıqlama da vermişdi: “Bizdə erməni döyüşçülər azərbaycanlılarla birgə çıxış edirlər. Burda hansısa siyasi çalar axtarmağa dəyməz, təmiz idmandı. Qoy bütün mübahisələr rinqdə həl olusun və qonqla bitsin”.
Təbii ki, belə naxələf azərbaycanlının yanaşmasında məntiq axtarmağa dəyməz. O ya əbləhin, axmağın biridi, ya da sadəcə, hiyləgərlik edir. Bir-birinə düşmən kəsilən xalqların nümayəndələrini rinqdə üz-üzə qoymaq və ya erməniyə promouterlik etmək nə deməkdi?
Aradakı münaqişədən uzaq olan rus və ya hansısa başqa xalqın nümayəndəsi belə addıma əl atsaydı, anlamaq olardı. Ancaq indiki halda söhbət azərbaycanlının vicdansızlığından gedir. Bəlkə də Vəlinin qanı qarışıqdı, erməni kökləri də var ki, indi istər-istəməz özünü göstərir.
Amma torpaqlarının 20 faizi işğal altında olan bir xalqın gerizəka nümayəndəsi işğalçı ilə eyni qabdan yemək yeyirsə, onu qələbələrə hazırlayırsa, bunun heç bir izahı yoxdu. Əclaflıqdı, naxələflikdi! (Futbol+).