Sabah Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Kiprdə keçiriləcək "Ararat-Armeniya" - "Srvena Zvezda" matçından öncə Azərbaycana qarşı növbəti təxribat yaşanıb.

Rekord.az xəbər verir ki, təxribatı törədən erməni azaarkeşlər olub.

Belə ki, mənfur düşmənlərimiz stadiona üzərində "Artsax (Qarabağı belə adlandırırlar) Armeniya - Kosova Serbiya" yazılmış plakatla gəliblər.

Bununla da onlar öz simalarını bir daha ortaya qoymuş oldular. Azərbaycanın dünya miqyasında, hüquqi baxımdan qəbul olunmuş ərazisini öz adına çıxan ermənilər həyasızlıqlarını idman arenalarında da davam etdirirlər. Ümid edirik ki, UEFA da bu təxribata laqeyd qalmayacaq.