Dağlıq Qarabağda baş verən hadisələr Ermənistanda keçirilən bütün futbol turnirlərinin dayandırılması ilə nəticələnib.

Rekord.az xəbər verir ki, bu barədə Ermənistan Futbol Federasiyası bəyanat yayıb.

Bildirilib ki, Avropa Liqasının pley-off mərhələsinin “Ararat-Armeniya” – “Srvena Zvezda” matçı neytral meydana salınıb, daxili turnirlər isə dayandırılıb: “Baş verənləri nəzərə alaraq Ermənistan çempionu “Ararat-Armeniya”nın Serbiya “Srvena Zvezda”sı ilə Avropa Liqasının pley-off mərhələsindəki oyunu Yerevanda baş tutmayacaq və Kiprdə keçiriləcək.

Həmçinin federasiyanın bayrağı altında keçirilən bütün yarışlar qeyri-müəyyən müddətə qədər dayandırılıb. Müvafiq olaraq Premyer Liqanın bu günə  planlaşdırılan görüşləri də təxirə salınıb”.