![photo](https://www.rekord.az/storage/news/2025_02_16/turan_manafov_1739701793.jpg)
“Əsas olan komandanın qələbəsidir” - Turan Manafov
- 16 Fev 2025 15:00
- 82
"Ayın qolu" layihəsində qalib olan “Kəpəz”in üzvü Turan Manafov bununla bağlı fikirlərini klubun mətbuat xidməti ilə bölüşüb.
Rekord.az xəbər verir ki, müdafiəçi "Kəpəz"in uğur qazanmasının daha vacib olduğunu dilə gətirib:
"Seçimdə mənə üstünlük verənlərə təşəkkür edirəm. Həmin qoldan sonra sosial şəbəkələrdə azarkeşlərdən də təbriklər alırdım. Dəyər verən hər kəsə minnətdaram. Zərbəm dəqiq alındı deyə daha da baxımlı oldu. Mənim üçün əsas olan komandanın qələbəsi, uğurudur. Məğlub olsaydıq, qolun ən yaxşı seçilməyinin bir mənası olmayacaqdı. Növbəti oyunlara, qələbələrə hazırlaşırıq. Klubumuz, azarkeşlərimiz üçün yaxşı nəticələr qazanmağa çalışacağıq".