“Vilyarreal" güclü komandadır. Hər şeydən xəbərdarıq. Həm özümüz, həm də Türkiyə üçün önəmli matçlar oynayacağıq”.

Rekord.az xəbər verir ki, bu fikirləri Türkiyənin "Sivasspor" klubunun baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının İ qrupunda İspaniyada "Vilyarreal"a qarşı keçirəcəkləri ilk tur matçı barədə danışarkən deyib.

57 yaşlı mütəxəssis səfərdən xal və ya xallarla qayıdacaqlarına ümid etdiyini bildirib: "Zədəli futbolçular var və bu səbəbdən, matça 17-18 oyunçudan ibarət heyətlə çıxacağıq. Qrupda ilk matç çox önəmlidir. Amma əsas məsələ "Qarabağ" və "Makkabi" ilə ev oyunlarımızdır. O qarşılaşmaları çox yaxşı başa vurmalıyıq. İspaniyadan yaxşı nəticə ilə qayıda bilsək, əlavə üstünlük əldə edəcəyik".

Qeyd edək ki, oktyabrın 22-də keçiriləcək "Vilyarreal" - "Sivasspor" matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Həmin gün "Qarabağ" da İsrailin paytaxtı Təl-Əvivdə "Makkabi"nin qonağı olacaq.