Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi açıqlama verib.

Sport24.az xəbər verir ki, TMW radiosuna danışan italyan mütəxəssis, Azərbaycan yığmasındakı işi və DÇ-2022-nin seçmə mərhələsindəki oyunlarla bağlı bunları deyib:

“Köməkçilərimdən çox razıyam. Ümid edirəm ki, vacib işlər görə biləcək, italyanların ölkə xaricinə qışlamaq və ya vaxt öldürmək üçün getmədiyini sübut edəcəyik.

Qarşıda Portuqaliya ilə oyunumuz var. Əsas problemləri bizim onları məğlub edə biləcəyimizi bilməmələridir. Ümid edirəm ki, bizimlə oyuna rahat çıxacaqlar”.

Azərbaycan yığması martın 24-də İtaliyada Portuqaliya yığması ilə qarşılaşacaq.