21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində bu gün “Azərsun Arena”da Lüksemburq yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətinə daha üç futbolçu dəvət olunub.

Rekord.az xəbər verir ki, Bolqarıstanın “Arda” klubunun üzvü Cəlal Hüseynov, “Qəbələ”nin futbolçusu Emin Səfərov və “Qarabağ”ın oyunçusu Nəriman Axundzadə U-21-in düşərgəsinə qoşulub.

Xatırladaq ki, Azərbaycan – Lüksemburq matçına saat 18:00-da start veriləcək.