Əsgər Abdullayev postunda qalacaq
- 31 Okt 2023 14:00
- 587
Bir ara Əsgər Abdullayevin "İmişli"dən ayrılacağına dair xəbərlər yayıldı.
Lakin Rekord.az-ın əldə etdiyi məlumata görə, belə bir məsələ gündəmdə deyil.
Komanda hazırda 10 xalla 4-cü pillədə qərarlaşıb və rəhbərlik də Abdulayevə inanır. Hətta qışda yeni futbolçuların, o cümlədən legioner futbolçuların alınması gündəmdədir.