Əsgər Abdullayevi narazı salan məqam
- 30 Sen 2023 15:00
- 470
"İmişli"nin baş məşqçisi Əsgər Abdullayev narazıdır.
Rekord.az-a daxil olan məlumata görə, təcrübəli məşqçini narazı salan məqam İmişli stadionunun hələ də hazır olmamasıdır.
Komanda bu səbəbdən ev oyunlarını Saatlıda keçirir ki, bu da nəticələrə təsir edir. Məsələn, komanda sn turda "Şamaxı"ya 0:3 məğlub oldu. Abdullayev əmindir ki, bu matçı evdə, doğma azarkeşlər önündə keçirsəydilər hesab belə olmazdı. Rəhbərlik isə söz verib ki, "İrəvan"la növbəti ev matçına kimi İmişli stadionu hazır olacaq.
Qeyd edək ki, İmişli stadionunda əsas problem qazonla bağlıdır.