Əsgərlik üçün yaradılan komandanın öz futbolçularını əsgər aparırlar
- 30 Dek 2024 15:00
- 372
II Liqada çıxış edən "Dinamo" yarananda əsas məqsədi hərbi xidmət yaşı çatan futbolçuların komandaya cəlb edilməsi idi.
Lakin Rekord.az xəbər verir ki, aradan 2 il vaxt keçsə də, bu məsələ həll olunmayıb.
Daxili İşlər Nazirliyinin n əzdində yaradılan komanda məhz sözügedən nazirliyə arxayın idi. Lakin komanda nəinki hərbi xidmət yaşı çatan futbolçuları heyətinə cəlb edə bilib, əksinə, komandada çıxış edən və hərbi xidmət yaşı çatanm bir neçə futbolçuya çağırış gəlib. Böyük ehtimalla həmin futbolçular yanvar ayından hərbi xidmətə yollanacaq.