Əsgərov mövsümün son matçında 70 dəqiqə oynadı
- 10 Noy 2019 13:30
- 699
Futbol üzrə Latviya çempionatında mövsümə yekun vurulub.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Liepaya” da sonuncu matçına çıxıb.
Sözügedən kollektiv 36-cı tur çərçivəsində səfərdə “Ventspils”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Vüqar da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 70-ci dəqiqədə əvəzlənib.
“Liepaya” mövsümü 39 xalla 9 komanda arasında 6-cı pillədə başa vurub. Vüqar isə geridə qalan mövsümdə 8 qolla yadda qalıb.