Beynəlxalq dərəcəli deleqat İsgəndər Əsgərov növbəti təyinat alıb.

Rekord.az xəbər verir ki, o, kişi həndbolçuların Avropa kuboku turnirinin ikinci mərhələsinin “Beykoz BLD SK” – “HC Vise BM” görüşündə Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsi olacaq.

Türkiyə və Belçika təmsilçilərinin oyunu oktyabrın 15-də İstanbul “Recep Şahin Göktürk” idman kompleksində keçiriləcək. 

Qarşılaşmanı Şimali Makedoniyadan olan hakimlər idarə edəcəklər.