Futbol üzrə Latviya çempionatında 6-cı turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, azərbaycanlı hücumçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” də növbəti oyununa çıxıb.

Sözügedən kollektiv doğma meydanda lider RFS ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.

Millimizin sabiq forvardı da bu oyunun iştirakçısı olub. O, 87-ci dəqiqədə meydana buraxılıb. Cari mövsümdə bir qol vurmuş Vüqar bu dəfə fərqlənə bilməyib.

6 turdan sonra 6 xalı olan “Dauqavpils” 10 kollektiv arasında 7-cidi.