2018-ci ildən Dortmund “Borussiya”sında çıxış edən "Real"ın müdafiəçisi Əşrəf Hakimi "Bavariya"dan aldığı təklifi geri çevirib.

Rekord.az xəbər verir ki, Madrid klubu da Münhen klubunun dəvətini müsbət qarşılamayıb.

Mərakeş yığmasının 22 yaşlı üzvü almanlarla icarəsi başa çatandan sonra "Real"a qayıdacaq. Əşrəf cari mövsüm Almaniya Bundesliqasında 17 oyunda iştirak edib, 2 qol və 6 məhsuldar ötürmə edib.