“İnter”in futbolçusu Əşrəf Hakimi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Rekord.az xəbər verir ki, Əşrəflə “Arsenal” ciddi maraqlanır.

Məlumata görə, “topçular”ın baş məşqçisi Mikel Artetanın əsas tələbi Hakiminin transfer edilməsidir.

“Arsenal” qışda bir neçə futbolçusunu satdığı üçün yay transferinə maliyyə vəsaiti toplaya bilib. “Transfermarkt” futbolçunun qiymətinin 50 milyon avro olduğunu iddia edir.

“İnter”in isə Əşrəfə görə nə qədər vəsait tələb edəcəyi barədə məlumat verilmir.

Hakimi “İnter”də 2020-ci ilin sentyabrından çıxış edir. Maliyyə durumu yaxşı olmayan Milan nəhənginin onu satmaqda maraqlı olduğu deyilir.