Maykl Essyenin “Səbail”dəki məvacibi məlum olub.

Rekord.az “ghanasoccernet.com” saytına istinadən xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi Bakı klubunda ilinə 250 min avro qazanır. 

Essyen, “Səbail”də ən çox maaş alan futbolçudu.

Karyerası ərzində Lion “Olimpik”i, “Real”, “Çelsi” kimi klublarda da çıxış edən Essyen, 2019-cu ilin martından “Səbail”dədi.