“Səbail”in futbolçusu Aleksandr Rıbka Ukrayna mətbuatına müsahibə verib.

Rekord.az “footballua.tv” saytına istinadən xəbər verir ki, 32 yaşlı qapıçı, “Səbail”dəki gələcəyi və komanda yoldaşı Maykl Essyen haqda danışıb:

“Bir neçə gün əvvəl “Səbail”dən ayrılacağımla bağlı xəbərlər yayıldı. Belə məlumatlara inanmayın. Klubla 1,5 illik müqaviləm var. Məni istəyən klub olsa, təklifini dəyərləndirərəm. Azərbaycanda hər şey yaxşıdır, ancaq ailəmə də yaxın olmaq istəyirəm. “Səbail” rəhbərliyi mənə hörmətlə yanaşır.

Maykl Essyenin nə qədər məvacib aldığını bilmirəm. Düşünürəm ki, o, bura pul üçün gəlmədi. Futbolu sevir və daha çox oynamaq istəyir. Əminəm ki, pul onun üçün maraqlı deyil.

Etiraf edirəm ki, qaldığımız oteldə Essyenlə təkcə pişiklər şəkil çəkdirmirdilər. Əvvəlcə heyət onun Essyen olduğuna inanmırdı. Ancaq sonra cəsarətlərini toplayıb, avtoqraf almaq üçün yaxınlaşdılar. Essyen sakit və ünsiyyətcil uşaqdır”.