Estonlar öz qapılarına “kuryoz” qol vurdular VİDEO
- 15 Okt 2020 11:49
- 727
Millətlər Liqasında Estoniya millisi Makedoniya komandasına qarşı oyunu heç-heçə bitirib. Belə ki, Tallində keçirilən matç 3:3 hesabı ilə başa çatıb.
Rekord.az xəbər verir ki, bu barədə Gazeta.ru xəbər yayıb.
Bu qarşılaşmada ilk qol üçüncü dəqiqədə vurulub: ev sahiblərinin qapıçısı Karl Eyn topu uğursuz idarə edərkən öz qapısına yönəldib. Qapıçı yerində olmadığı üçün top qapı xəttini keçib.
Bu heç-heçə estonların ilk xalı qazanmalarına imkan verdi. Makedoniyalılar isə beş xalla öz kvartetlərində liderlik edirlər.