"Turan Tovuz" yayda Anton Kraçkovski ilə yolları ayıracaq.

Rekord.az xəbər verir ki, buna səbəb rusiyalı futbolçunun özünü doğrulda bilməməsidir.

Qışda böyük ümidlərlə "Dinamo" Mahaçqaladan transfer olunan yarımmüdafiəçi, əsas heyətdə möhkəmlənə bilməmiş, daha çox əvəzedici komandada forma geyinməklə diqqət çəkmişdi.