Etirazçıları ələ salan həyat yoldaşına görə klubdan qovuldu
- 06 İyn 2020 16:40
- 491
ABŞ-ın “Los Anceles Qalaksi” klubu futbolçusu Aleksandar Katai ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda, ayrılığın səbəbi açıqlanmayıb. Sadəcə, müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb.
Xarici mətbuat isə Katainin komandadan ayrılmasına həyat yoldaş Tea Katainin səbəbkar olduğunu iddia edir. İddiaya görə, buna Teanın ölkədəki etirazlarla bağlı sosial şəbəkə hesabından ediyi paylaşımlar səbəb olub. O, paylaşımlarında Afrika kökənli Corc Floydun polis tərəfindən öldürülməsi ilə bağlı etirazları lağa qoyub, etirazçılara qarşı irqçi ifadələrə yer verib. Bu paylaşımlar “Los Anceles Qalaksi”nin azarkeşlərinin qəzəbinə səbəb olub.
Mayın 25-də Floyd polis tərəfindən irqçiliyə məruz qalaraq, öldürülüb. Bundan sonra ölkədə kütləvi etirazlar başlayıb.