Eto’O və Droqbadan kəskin etiraz: "Afrika sizin üçün test laboratoriyası deyil"
- 03 Apr 2020 19:41
- 571
Didye Droqba və Samuel Eto’O fransalı alimlərin koronavirus pandemiyasına qarşı peyvəndi Afrikada sınaqdan keçirmək təklifinə sərt reaksiya veriblər.
Rekord.az xəbər verir ki, sosial şəbəkədə paylaşım edən afrikalı keçmiş veteran futbolçular bu materikin sınaq labaratoriyası olmadığını qeyd ediblər.
Fil Dişi Sahilindən olan Droqba afrikalı liderləri vətəndaşlarını qorumağa çağırıb: “Bu alçaldıcı və irqçi ifadələri şiddətlə qınayıram. Afrika sizin üçün bir test laboratoriyası deyil. Afrikanı bir sınaq donuzu kimi görmək iyrənclikdir”.
Kamerunlu Eto isə “Siz sadəcə zibilsiniz. Afrika sizin mülkünüz deyil” yazıb.
Qeyd edək ki, Fransa Milli Sağlamlıq və Tibbi Araşdırma İnstitutunun tədqiqat direktoru Camille Loct və Cocin xəstəxanasının reanimasiya xidmətinin mütəxəssisi Jan Pol Mira yerli telekanalların birində koronavirus pandemiyasının peyvəndini Afrikada sınamağı təklif ediblər.